Nazirlik vətənpərvərlik ruhunda VİDEOÇARX hazırladıbackend

Nazirlik vətənpərvərlik ruhunda VİDEOÇARX hazırladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müstəqil dövlətimizin suverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən bu günlərdə Mədəniyyət Nazirliyi tərəfindən cəmiyyətdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsi məqsədilə Bakı Media Mərkəzi ilə birgə videoçarx hazırlanıb.

NOCOMMENT xəbər verir ki, videoçarxda Azərbaycanın tanınmış müğənnisi, Xalq artisti Mübariz Tağıyev Azərbaycan Milli İncəsənət Muzeyinin bağındakı “Güllələnmiş heykəllər” abidəsinin qarşısında “Ulu torpaq” mahnısını ifa edir.