Nazirlikdə kadr dəyişikliyi olubbackend

Nazirlikdə kadr dəyişikliyi olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Sənayesi Nazirliyinə məxsus Azon zavodu MMC-nin direktoru İlqar Qurbanov vəzifəsindən azad edilib.

NOCOMMENT xəbər verir ki, müəssisəyə rəhbərlik Tehran Əliyevə həvalə olunub.

İ.Qurbanov isə nazirliyə məxsus Şirvan Araz Zavodu MMC-nin direktor müavini vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Azon zavodu 1974-cü ildə Mikrosхеmotехnika Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılıb və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daхil edilib. Müəssisə 1993-cü ildən Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tаbеliyində оlub, 2006-cı ildən isə Müdafiə Sənayеsi Nazirliyinin tabеliyində fəaliyyət göstərir.

Zavod Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir. Onun nizamnamə kapitalı 554 928 manatdır.