Nazirlikdə kadr təyinatı olubbackend

Nazirlikdə kadr təyinatı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyində kadr təyinatı olub.

Nazirlikdən NOCOMMENT-ə verilən məlumata görə, mədəniyyət naziri Anar Kərimovun əmri ilə Yusubov Azər Namiq oğlu Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

A.Yusubov sonuncu təyinata qədər Şəki Apellyasiya Məhkəməsində baş məsləhətçi-sədrin köməkçisi məsul vəzifəsində çalışıb. O, dövlət qulluğunun kiçik müşaviridir.