Nazirlikdən dərslikdəki səhvlərlə bağlı AÇIQLAMAbackend

Nazirlikdən dərslikdəki səhvlərlə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Riyaziyyat – 10” dərsliyində nəşriyyat səhvlərinin olması barədə yayılan məsələyə münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, qurumdan oxu-nun sorğusuna cavab olaraq bildirilib ki, “Riyaziyyat – 10” dərsliyinin istehsalı zamanı səhifələrin düzülüşündə texniki xəta baş verib:

“Qısa müddət ərzində böyüktirajlı vəsaitlərin dərci zamanı olduqca az sayda məhsulda (məsələn: 150 000 tirajda 1 faiz) texniki səbəblərdən qaynaqlanan yanlışlıqlar başadüşüləndir. Sözügedən problem dərsliklər çap edildikdən sonra baş verib və qısa zaman ərzində aradan qaldırılıb”.

Qeyd edək ki, dərs ili başlasa da, məktəblərə əksər kitablar verilməyib. Eyni zamanda, bu il üzrə paylanılmış dərsliklərin bir çoxunda nəşriyyat səhvləri müəyyən edilib. Belə ki, səhifələrin tərs çap edilməsi, çap edilməmiş vərəqlər (xüsusən 16-cı səhifədən sonra) müəyyən edilib.