Nazirlikdən idarə rəisinin işdən çıxarılması ilə bağlı – Açıqlamabackend

Nazirlikdən idarə rəisinin işdən çıxarılması ilə bağlı – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyi Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevin vəzifəsindən azad edilməsinə münasibət bildirib.

NOCOMMENT.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə Nazim Əsəd oğlu Ağayev Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən kadr islahatlarının tərkib hissəsi olaraq yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Nazim Ağayevin 10 min manatlıq yeyintiyə görə işdən çıxarılması ilə bağlı xəbərlər yayılmışdı. O isə təqaüdə çıxması ilə bağlı vəzifədən getdiyini bildirmişdi.