Nazirlikdən KVN-lə bağlı AÇIQLAMAbackend

Nazirlikdən KVN-lə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının adının “Buta” ilə əvəzlənməsi günlərdir müzakirə mövsuzudur. Onların həmin müsabiqəyə hansı xətlə qatılması da sual doğurur.

NOCOMMENT xəbər verir ki, artıq Mədəniyyət Nazirliyi də məsələ ilə bağlı açıqlama yayıb. Qurumdan bildirilib ki, komanda müsabiqəyə dövlət xətti ilə yollanmayıb.

“Bildirmək istərdik ki, Mədəniyyət Nazirliyinə bu mövzu ilə bağlı heç bir müraciət daxil olmayıb. Sözügedən klubun nazirliklə heç bir əlaqəsi yoxdur”, – deyə nazirliyin mətbuata açıqlamasında bildirilib.