Nazirlikdən mesajla bağlı XƏBƏRDARLIQ – FOTObackend

Nazirlikdən mesajla bağlı XƏBƏRDARLIQ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Səhiyyə Nazirliyi adından çıxış edən kiberdələduzlar tərəfindən istifadəçilərə vatsap üzərindən “spam” mesajlar göndərilir.

Səhiyyə Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, mesaj göndərən şəxsin Səhiyyə Nazirliyinin depo departamentinin insan resursları şöbəsinin baş koordinatoru Emil Hüseynov olduğu iddia edilir:

“Həmin şəxs vətəndaşların müxtəlif vakansiyalar üzrə müraciətlərinin müsbət dəyərləndirildiyini iddia edir və bunun təsdiqi üçün onlardan 58 manat ödəniş etməsi tələb olunur. Bildiririk ki, Səhiyyə Nazirliyində bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqəti əks etdirmir”.

Nazirlik, həmçinin vətəndaşlardan xahiş edir ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər. Artıq aidiyyəti qurumlar bu mesajlarla bağlı məlumatlandırılıb.