Nazirlikdən meşə yanğınları ilə bağlı MÜRACİƏTbackend

Nazirlikdən meşə yanğınları ilə bağlı MÜRACİƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ölkənin şimal bölgəsində bir neçə istiqamətdə yanğınlar qeydə alınıb. Şabran Regional Meşə Mərkəzinin Ağalıq kəndi ərazisində, Xaçmaz yolu istiqamətində isə yanğın daha çox sahəni əhatə edib”.

NOCOMMENT.az xəbər verir ki, bunu hadisə yerində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov Modern.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ağalıq istiqamətində üç gündür davam edən yanğını çox böyük zəhmət və əziyyətlər hesabına nəhayət ki, lokallaşdırmaq mümkün olub:

“Yanğın baş verən ərazilərdə közərən, tüstüləyən ağaclar var. Ərazidə söndürülmə işləri davam etdirilir. Təsəvvür edin ki, kiminsə biganəliyi ucbatından fəlakətlə, ürəkağrıdan meşə yanğını mənzərəsi ilə qarşılaşmalı oluruq. Çox təəssüf ki, bəzən taxıl sahələrinin biçindən sonra bilərəkdən yandırılmasının şahidi oluruq.

Nəticə də yüzlərlə insanın əzab-əziyyəti, 50-100 illik ağacların yanması, təbiətimizə dəyən zərərlər olur. Hər il davamlı olaraq deyilir, təbliğat aparılır ki, biçənəkləri yandırmayın, havalar istiləşəndən sonra təbiətdə odla ehtiyatlı davranın. Amma yenə də bu əziyyətlərlə üzləşirik, təbiətimiz, insanlarımız zərər görür. Artıq dərəcədə xahiş edirik ki, odla ehtiyatlı olun, meşələri yanğından qoruyun”.

Nazirlik rəsmisi əhaliyə müraciət edib:

“Sahibkarlara biçindən sonra əkin sahələrini yandırmasınlar. Yanğın meşəlik əraziləri də təhlükə altına alır. Meşədə istirahətə gedənlər ocaqlara nəzarət etməli, söndürməlidirlər”.