Nazirlikdən şagirdlərə kitab verilməməsi ilə bağlı – AÇIQLAMAbackend

Nazirlikdən şagirdlərə kitab verilməməsi ilə bağlı – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyi təhsil eksperti Kamran Əsədovun məktəblərdə şagirdlərə kitab verilməməsi ilə bağlı paylaşımına münasibət bildirib.

NOCOMMENT xəbər verir ki, nazirlikdən yeniavaz-a verilən açıqlamada qeyd edilib ki, dərslik çatışmazlıqları araşdırılır: “Bildiyiniz kimi, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilirlər.

Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır”.