Nazirlikdən Tofiq Bəhramov açıqlamasıbackend

Nazirlikdən Tofiq Bəhramov açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın məşhur futbol hakimi Tofiq Bəhramovun Respublika stadionundakı heykəli ilə bağlı problem aradan qaldırılır.

Bu barədə NOCOMMENT.az-a Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Nazirlik rəsmisinin sözlərinə görə, heykəlin rəngini yeniləmək üçün üzü cilalanıb: “Əslində buna problem demək olmaz. Bilirsiniz ki, Nazirliyin mərkəzi arenada reabilitasiya mərkəzi var. Orada təmir işləri gedirdi. Heykəlin rəngi köhnəldiyindən, üz qabığında çatlar əmələ gəlmişdi. Yenidən rəngləmək üçün sadəcə üzü cilalanmışdı. Bu, işləri təhvil verəndə heykəlin də təmiz olması üçün edilmişdi. Bu gündən işlərə başlanılıb. 1-2 günə yekunlaşacaq”.

Tofiq Bəhramovun adını daşıyan nəvəsi babasının heykəlinin rənginin ağardılması ilə bağlı AFFA -ya müraciət edərək onun əvvəlki vəziyyətə qaytarılmasını xahiş edib.

Qeyd edək ki, Tofiq Bəhramovun heykəli 2004-cü ilin oktyabrın 13-də adını daşıdığı stadionun qarşısında, 2006-cı il dünya çempionatının seçmə mərhələsinin Azərbaycan – İngiltərə görüşündən əvvəl açılıb.