Nazirlikdən Xalq artistinin müalicəsi ilə bağlı AÇIQLAMAbackend

Nazirlikdən Xalq artistinin müalicəsi ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyi Xalq aristi Ənvər Həsənovun müalicəsi ilə bağlı açıqlama verib.

NOCOMMENT xəbər verir ki, qurumdan qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, Mədəniyyət Nazirliyi görkəmli aktyor Ənvər Həsənovun səhhətində yaranmış problemlə bağlı onun ailə üzvləri ilə mütəmadi olaraq əlaqə saxlayır: “Nazirlik tərəfindən sevilən aktyorumuzun müalicəsi ilə bağlı lazımi tədbirlər görülür”.

Qeyd edək ki, avqustun 30-da “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub. Onun müalicəsi TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzində davam etdirilir. TƏBİB-in son açıqlamasına görə, hazırda aktyorun vəziyyəti stabildir və ona bütün zəruri tibbi xidmətlər göstərilir.