Nazirliyə aid avtomobillər 3000 manatdan başlayan qiymətlə satışa çıxarılırbackend

Nazirliyə aid avtomobillər 3000 manatdan başlayan qiymətlə satışa çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2 sentyabr tarixində “Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi”nə və “Fövqəladə Hallar Nazirliyi”nə məxsus ümumilikdə 24 nəqliyyat vasitəsi hərraca çıxarılacaq.

NOCOMMENT.az xəbər verir ki, “Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi”nə məxsus 20 avtomobil 5800–14000 manat arası ilkin start qiyməti ilə satışa təqdim olunur. Bu nəqliyyat vasitələri 2000–2014-cü il buraxılışlıdır.

“Fövqəladə Hallar Nazirliyi”nə aid 4 avtomobil isə 3000–4000 manat aralığında start qiyməti ilə satışa çıxarılır. Həmin avtomobillər 2006–2008-ci illərdə istehsal olunub.

Satışa çıxarılan avtomobillər arasında ən yenisi 2014-cü il istehsalı olan “Mitsubishi L200”, ən köhnəsi isə 2000-ci il istehsalı “Mercedes Benz E240” markalı minik maşınıdır.

Hərraca çıxarılan avtomobillərin tam siyahısı ilə linkə keçid edərək tanış ola bilərsiniz.