Nazirliyə yeni şöbə müdiri təyin olunubbackend

Nazirliyə yeni şöbə müdiri təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyində yeni kadr təyinatı olub.

NOCOMMENT xəbər verir ki, nazirliyin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinə yeni müdir təyin edilib.

Təhsil nazirinin müvafiq əmri ilə bu vəzifə Nicat Məmmədliyə həvalə olunub.

N.Məmmədli bu vəzifəyə qədər nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub. Hazırda həmin şöbəyə rəhbərliyi Tural Əhmədov edir.

Qeyd edək ki, Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin keçmiş müdiri Yaqub Piriyev idi. O hazırda nazirlikdə Aparat rəhbərliyinin müavini vəzifəsini icra edir.