Nazirliyin 319 əməkdaşı barədə intizam tənbeh tədbirləri görülübbackend

Nazirliyin 319 əməkdaşı barədə intizam tənbeh tədbirləri görülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci yarımildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 319 əməkdaş barədə intizam tənbeh tədbirləri görülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata əsasən daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında Nazirliyin aparatı və struktur bölmələri üzrə 319 əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.

Bu dövrdə Nazirliyin ümumilikdə 18 qurumu üzrə audit yoxlamaları aparılıb.

Son 6 ayda audit yoxlamaların nəticələrinə əsasən 27 halda materiallar müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.