Nazirliyin Aparat rəhbəri işdən çıxarıldı – RƏSMibackend

Nazirliyin Aparat rəhbəri işdən çıxarıldı – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət Nazirliyində daha bir köhnə kadr işdən çıxarılıb.

NOCOMMENT xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Aparat rəhbəri Fikrət Köçəri oğlu Babayev tutduğu vəzifədən azad edilib.

Bu barədə məlumatı nazirlikdən də təsdiqləyiblər. Bildirilib ki, F.Babayev yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

Xatırladaq ki, sabiq nazir Əbülfəs Qarayevin əmri il 28 iyun 2018-ci ildə nazirliyin Aparat rəhbəri təyin edilmiş Fikrət Babayevin vəzifəsindən getməsini dörd gün əvvəl proqnozlaşdırmışdıq.

Fikrət Babayev mərhum eks-baş prokuror Murad Babayevin qardaşıdır.