Nazirliyin çağrı mərkəzi süni intellektlə idarə olunacaqbackend

Nazirliyin çağrı mərkəzi süni intellektlə idarə olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Tikinti-Təchizat Birliyi” MMC “Smart Solyuşns Group” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. 

NOCOMMENT.az xəbər verir ki, şirkət çağrı mərkəzində süni intellekt həllərinin tətbiqi üçün proqram təminatının hazırlanması və əlaqədar xidmətlərin satın alınması ilə bağlı keçirilən tenderin qalibi olub.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 milyon 722 min 999 manatdır.

Qeyd edək ki, “Smart Solyuşns Group” MMC 2017-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Rzayeva İnara Faiq qızıdır.\\Valyuta.az