Nazirliyin “daimi müştərisi” yenidən qalib oldu – şəffaflıq haradadır?backend

Nazirliyin “daimi müştərisi” yenidən qalib oldu – şəffaflıq haradadır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi sosial xidmət müəssisələrinin sakinləri üçün hazır yeməyin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibini müəyyən edib.

NOCOMMENT.az xəbər verir ki, müsabiqənin qalibi Ziyafət İsa oğlu Fərzəliyev olub.

Təklifin qiyməti 9 179 336,82 AZN təşkil edir. Tərəflər arasında müqavilənin bağlanacağı gözlənilir.

Qeyd edək ki, Z. Fərzəliyev daha əvvəl də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumların keçirdiyi satınalmalarda dəfələrlə qalib olub və nazirliyin “daimi müştərilərindən”- qaliblərindən biri kimi tanınır. /32gun.az/