Nazirliyin işdən çıxarılan məmuruna yeni vəzifə verildi – DETALLARbackend

Nazirliyin işdən çıxarılan məmuruna yeni vəzifə verildi – DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən azad edilib.

NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, o, bundan sonra fəaliyyətini Mədəniyyət Nazirliyində davam etdirəcək.

Belə ki, M.Abbasbəyli Mədəniyyət Nazirliyi Aparatının rəhbəri təyin olunub.

Bununla bağlı nazir Adil Kərimlinin Əmr imzaladığı bildirilir.

Qeyd edək ki, M. Abbasbəyli 2 iyul 2020-ci ildən etibarən Agentliyin İdarə Heyətinin sədri idi.