Nazirliyin ləğv etdiyi tenderi yenə eyni şirkət uddu – Eyni məhsulu daha baha qiymətə aldılarbackend

Nazirliyin ləğv etdiyi tenderi yenə eyni şirkət uddu – Eyni məhsulu daha baha qiymətə aldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən bu ilin iyun ayının 23-də elan olunan  tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi 14.07.2022-ci il tarixində açıqlanmışdı.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, 84 adda təsərrüfat məhsulunun alınması mqəsədilə keçirilən tender müsabiqəsinin qalibi “Tural-FB” MMC (VÖEN – 1307245221) olmuşdu. “Tural-FB” MMC Şəki rayon Psixiatriya Xəstəxanasına satacağı 84 adda məhsul üçün 39 min 182 manat alacaqdı.

Lakin tenderin nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 03.08.2022-ci il tarixli 11/11-5/4502p saylı məktubuna əsasən etibarsız hesab olunmuşdu.

Bundan sonra Şəki rayon Psixiatriya Xəstəxanası 25.08.2022-ci il tarixində 84 adda məhsulun alınması üçün təkrar tender müsabiqəsi elan etmişdi.

Qeyd edək ki, əvvəlki tender müsabiqəsilə müqayisədə bu dəfə aşağıdakı məhsulların miqdarı artırılıb.

Birinci müsabiqədə (ədəd) İkinci müsabiəqədə (ədəd)
Aynasilən maye 100 250
Paltar paraşoku 350 400
Sabun 72% 2000 3000
Şampun (600 ml) 1500 1800
Maye sabun (5 l) 800 1200
Əlcək 500 850
Paltaryuyan üçün yuyucu vasitə 50 250
Kağız tutan dəmir 100 250

İkinci dəfə keçirilən tender müsabiəsinin qalibi isə bu gün açıqlanıb və məlum olub ki, qalib şirkət yenə də “Tural-FB” MMC olub. Amma birinci tenderdən fərqli olaraq “Tural-FB” MMC-yə  84 adda məhsul üçün 48 min 494 manat 70 qəpik ödəniləcək. Açıqlanan siyahıda adı keçən məhsulların miqdarı artırıldığı üçün “Tural-FB” MMC-yə əlavə olaraq 9 min 312 manat 70 qəpik ödəniləcək.

Onu da bildirək ki, “Tural-FB” MMC 06.05.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Şəki rayonunun Kiş kəndində yerləşir. Qanuni təmsilçisi Bəşirli Orxan Qorxmaz oğludur.

“Tural-FB” MMC iyul ayında Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən keçirilən 25 min manatlıq daha bir tender müsabiqəsinin qalibi olub. Xəstəxanaya dəftərxana malları satmaq istəyən şirkət bu dəfə də abadlıq işləri həyata keçirəcək.

Bu tenderdən bir ay əvvəl (iyun ayında) isə Şəki şəhər İcra Hakimiyyəti tərəfindən keçirlən 61 min manatlıq tender müsabiqəsinin qalibi də “Tural-FB” MMC olub. Barəsində açıq internet resurslarında heç bir məlumat olmayan “Tural-FB” MMC 2022-ci il ərzində Şəki şəhərində respublika və şəhər əhəmiyyətli festival və bayram tədbirlərini təşkil edəcək. Əvvəlki illərdə də “Tura-FB” MMC Şəki şəhər İcra Hakimiyyətinin keçirdiyi yüzminlik tenderlərin qalibi olub.