Nazirliyin sabiq işçisi AMEA-nın bir neçə əməkdaşının pulunu mənimsəyibbackend

Nazirliyin sabiq işçisi AMEA-nın bir neçə əməkdaşının pulunu mənimsəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil Nazirliyinin əsas mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının keçmiş baş redaktoru Rahil Nəcəfov AMEA əməkdaşlarının pulunu mənimsəyib.

NOCOMMENT xəbər verir ki, bu barədə AMEA-nın Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, R.Nəcəfov akademiyanın bir neçə əməkdaşını nazirlikdə işlə təmin edəcəyi, xaricdə aldıqları diplomların Azərbaycanda tanınacağı, dissertasiya işinin yazılacağı, eləcə də xarici nüfuzlu jurnallarda məqalələrinin dərc ediləcəyinə inandıraraq onlardan 3-5 min manat məbləğində pul tələb edib və əməkdaşların pulunu mənimsəyib.

Zərəçəkmiş şəxslər Rahil Nəcəfovun hüquqazidd əməlləri ilə bağlı polis orqanlarına şikayət ediblər.

Faktla bağlı araşdırma aparılır.