Nazirliyin silahla fotosu yayılan əməkdaşı işdən çıxarıldıbackend

Nazirliyin silahla fotosu yayılan əməkdaşı işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev işdən çıxarılıb”.

NOCOMMENT.az xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, A.İsmiyevin müavini Sakit Şahmarov barəsində isə inzibati tənbeh tədbiri görülərək, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

O qeyd edib ki, eyni zamanda hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 272.3 maddəsi ilə cərimə ediliblər.

Qeyd edək ki, ötən gün A. İsmiyev və onun müavini Sakit Şahmarovun avtomat silahla şəkilləri yayılıb.