NBA çempionu həbs olunubbackend

NBA çempionu həbs olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Basketbol Assosiasiyasının (NBA) çempionu Pol Pirs Kaliforniyada sərxoş vəziyyətdə avtomobil idarə etməkdə şübhəli bilinərək həbs olunub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Pirs San-Fernando vadisində, magistral yolun ortasında dayanan avtomobilin sükanı arxasında yatarkən aşkar edilib.

Polislər onun spirtli içkinin təsiri altında olduğunu bildiriblər.

Qeyd edək ki, 47 yaşlı sabiq basketbolçu 15 il (1998-2013) heyətində oynadığı “Boston”la 2008-ci ildə NBA çempionu adını qazanıb. O, sonralar “Bruklin”, “Vaşinqton” və “Los Angeles Klippers”də çıxış edib. 10 dəfə NBA Ulduzlar matçında iştirak edən P.Pirs karyerasını 2017-ci ildə başa vurub.