İsrail Livanın “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullahı öldürdükdən sonra ABŞ Yaxın Şərq regionunda hərbi kontingentinin sayını artırmaq variantını nəzərdən keçirir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə şənbə günü NBC televiziyası ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Onun məlumatına görə, hərbçilər artıq Pentaqonun rəhbəri Lloyd Ostinə regionda qoşunların və silahların sayını artırmaq üçün müxtəlif variantlar təqdim ediblər.
Müdafiə naziri bu məsələ ilə bağlı ABŞ prezidenti Co Baydenlə əlaqə saxlayıb.
Kanalın da qeyd etdiyi kimi, hələlik yekun qərar verilməyib.