Neapol-Bakı Assosiasiyasının prezidenti ölkə başçısı İlham Əliyevə təşəkkür edibbackend

Neapol-Bakı Assosiasiyasının prezidenti ölkə başçısı İlham Əliyevə təşəkkür edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti Zati-Ailələri cənab İlham Əliyevə
Zati-Ailələri!

Bəşəriyyət hazırda koronavirus pandemiyasının yaratdığı qlobal problemlə mücadilə aparır.

Pandemiyanın yaratdığı fəsadların insan cəmiyyətlərində dərin neqativ izlər buraxması faciənin nə qədər ciddi və ağrılı olmasından xəbər verir. İtaliya Çindən sonra bu faciəni ən acı şəkildə yaşayan bir ölkə oldu. Minlərlə insan bu xəstəliyin qurbanına çevrildi. Ölkəmiz hələ də bəşəri problem olan bu virusla ölüm-dirim mübarizəsi aparır. Belə bir ağır vəziyyətdə dost Azərbaycanın ölkəmizə göstrədiyi doğma və duyğusal münasibət bizi çox ruhlandırdı. Bakı Media Mərkəzi tərəfindən hazırlanan İtaliyaya dəstək videoçarxı, Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliyanın Dövlət Bayrağı və musiqisi fonuyla proyeksiyası əzəli dostluq münasibətlərimizin nə qədər dərin kökə bağlı olmasının növbəti ifadəsinə eyham vururdu. Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə ən dayanıqlı və qabaqlayıcı addımlar atan ölkələr sırasındadır. Pandemiyaya qarşı mübarizədə Sizin qətiyyətli qərarlarınız və təxirəsalınmaz tədbirlər barədə imzaladığınız sərəncamlar pandemiya fəsadlarının ölkənizə minimal səviyyədə zərər vurmasıyla müşahidə olunur. Qəbul etdiyiniz hər bir qərar Azərbaycan vətəndaşının sosial müdafiəsinə və rifah halının yaxşılaşdırılmasına hesablanıb. Xalqınızın Sizin və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışlarına dərhal reaksiya verib ürəklə dəstəkləməsini biz İtaliyadan da rahat müşahidə edə bilirik. Bu, bir daha xalqın Sizə olan yüksək etimad və inamına növbəti işarədir. Belə bir ağır vəziyyətdə ölkədən kənarda yaşayan azərbaycanlıları da xüsusi nəzarətə götürüb onların təxliyəsi üçün həyata keçirdiyiniz tədbirlər dünya diaspor təşkilatlarına bir örnəkdir desəm, yanılmaram. Sizin göstərişinizlə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın İtaliyadakı Səfirliyinin birgə fəaliyyəti nəticəsində COVİD-19 pandemiysı ilə əlaqədar
İtaliyada qalan vətəndaşlarınızın tam təhlükəsiz şəraitdə ölkələrinə təxliyyə olunması bir diaspor təşkilatı kimi bizi də hədsiz sevindirdi. Əminliklə deyə bilərəm ki, Kainatın və həyatın zəkası sayılan sevgi və mərhəmət Sizin simanızda nəinki Azərbaycana hətta bir çox ölkələrə növbəti humanizm dalğası yaydı.

Cənab prezident!

İtaliya və Azərbaycan dövlətləri arasında dostluq əlaqələri dərin tarixi köklərə malikdir.  zərbaycanın Ümummilli lideri Heydər Əliyevin hakimiyyətinin ilk dövrlərində bu əlaqələrə xüsusi önəm verilmiş, doğulduğum və hazırda yaşadığım Neapol və Bakı şəhərlərinin qardaşlaşması da həmin dövrlərin ictima-mədəni əlaqələrinin məhsulu kimi bizə miras qalmışdır. Uzaqgörən siyasətçinin məhz ikinci dəfə hakimiyyətə gəlişi ilə bu əlaqələrin sütunları daha da möhkəmlənmiş, xalqlarımız arasında münasibətlər daha da dərinləşmişdir. İtaliyanın bu gün Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqla yanaşı strateji tərəfdaşına çevrilməsi də məhz dahi liderin uzaqgörən siyasətinin ali təzahüründən qaynaqlanır.
Qürur hissi ilə qeyd etmək istəyirəm ki, prezidenti olduğum, həmçinin, diaspora fəaliyyəti göstərən Neapol-Bakı Assosiasiyası da İtaliya və Azərbaycan arasında çoxdandır qurulmuş iqtisadi, mədəni və dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə töhvə vermək üçün var gücü ilə fəaliyyət göstərir.

Cənab prezident!

Neapol-Bakı Assosiasiyasının bütün üzvləri adından bu çətin və həssas bir dönəmdə insanların sağlamlığı və sosial rifahına yönəlik bütün qərarlarınızı alqışlayır, Sizə dərin minnətdarlığımızı bildiririk. Qeyd etmək istəyirəm ki, təşkilatımız hər zaman Sizin istənilən çağırışınıza qoşulub gücü çatan bütün dəstəyi verməyə hazırdır. Yaşasın İtaliya Azərbaycan dostluğu!!!

Hörmətlə,

Cüzeppe Kanilya
Neapol-Bakı