Nəbatat bağı haqda məlumatlar yalandır – RƏSMİbackend

Nəbatat bağı haqda məlumatlar yalandır – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Mərkəzi Nəbatat Bağı ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bu barədə NOCOMMENT.az-a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, ağacların sayının azaldılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir, əksinə orada mövcud olan yaşıllığın qorunub saxlanılması ilə yanaşı, ölkə başçısının tapşırıqlarına uyğun olaraq ərazidə sökülən çoxsaylı qanunsuz tikintilərin yerində yeni ağacların əkilməsi nəzərdə tutulub.

“Yeni qurulacaq bağa dair yayılan şəkillər isə ayrı-ayrı müəlliflər tərəfindən ilkin olaraq təqdim olunan və təsdiq olunmayan bir çox layihələrdən biridir”, – rəsmi açıqlamada deyilir.