Nebenzya BMT Katibliyini ikili standartlarda ittiham edibbackend

Nebenzya BMT Katibliyini ikili standartlarda ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Sevastopolda törətdiyi terror aktına BMT Katibliyinin reaksiyası onun ikili standartlarından xəbər verir.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya deyib.

Rusiyalı diplomat qeyd edib ki, Moskva Qərb mediasının Sevastopol faciəsinə susmasına təəccüblənmir, çünki onları Rusiya Federasiyasının mülki sakinlərinin həyatı maraqlandırmır. Eyni zamanda Nebenzya vurğulayıb ki, Katibliyin reaksiya verməməsi çox təəssüf doğurur, çünki məhz bu struktur belə aşkar cinayətlərə və beynəlxalq hüququn pozulmasına qarşı durmalıdır.

Rusiyanın daimi nümayəndəsi bu davranışı BMT Katibliyinin ikili standartlarının nümunəsi adlandırıb.