KXDR Qərbin təxribatları və sanksiya təzyiqləri qarşısında öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər görmək hüququna malikdir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
KXDR-in hipersəs raket sınağı ilə bağlı çağırılan BMT Təhlükəsizlik Şurasının iclasında diplomat bəyan edib ki, Təhlükəsizlik Şurasının bəzi üzvləri KXDR əhalisini “boğmaq” arzusundadırlar və “uzun illərdir ki, bunu edirlər. “
Rusiyanın daimi nümayəndəsi qeyd edib ki, bununla bağlı Şimali Koreya rəhbərliyinin öz ölkəsinin təhlükəsizliyini və suverenliyini təmin etmək üçün tədbirlər görməyə tam hüququ var.
Bundan əvvəl KCNA məlumat vermişdi ki, KXDR özünün ən son hipersəs ballistik raketini buraxıb.
ABŞ və Cənubi Koreya da öz növbəsində KXDR-in raket buraxılışını pisləyib.