Nebenzya: Qərb ölkələri İsrailin hərəkətlərinə şərikdirbackend

Nebenzya: Qərb ölkələri İsrailin hərəkətlərinə şərikdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya, Almaniya, ABŞ və Fransa İsrailin İrana qarşı aqressiyasında faktiki olaraq şərikə çevriliblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı təcili iclasında çıxışı zamanı bildirib. 

“BMT Təhlükəsizlik Şurasının və MAQATE İdarəçilər Şurasının zalında Böyük Britaniya, Fransa və Almaniya diplomatlarının səsləndirdiyi bəyanatlar ən güclü silah qədər təhlükəlidir”, – deyə Nebenzya qeyd edib.

O əlavə edib ki, bu ölkələr MAQATE-nin İranın nüvə proqramı ilə bağlı qiymətləndirmə sənədinin hazırlanması zamanı agentliyə təzyiq göstərməyə başlayaraq və qurumun İdarəçilər Şurasında qərəzli, antiran qətnaməni irəli sürməklə münaqişənin iştirakçısına çevriliblər.