Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, ukraynalılar Vladimir Zelenski üçün döyüşmək istəmirlər.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında bildirib.
“Ukrayna xalqı ölkədə hakimiyyəti qəsb edərək onu konsentrasiya düşərgəsinə çevirən bir adam üçün döyüşmək istəmir”, – RİA Novosti onun sözlərindən sitat gətirir.
O, həmçinin qeyd edib ki, Zelenski bütün gücü ilə onun rejiminin hələ də döyüşmək qabiliyyətinə malik olduğunu sübut etməyə çalışır.