Neçə faiz torpağımız işğaldan azad olundu?backend

Neçə faiz torpağımız işğaldan azad olundu?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bizim ərazilərimizin 20 faizi işğal altındadır. Təxmini hesablamalarıma görə, 27 sentyabrda başlayan əks-hücum əməliyyatları nəticəsində Ermənistan tərəfindən zəbt olunmuş ərazilərimizin 3,4-4,2 faizi düşmən tapdağından azad edilib.

NOCOMMENT xəbər verir ki, bunu axar.az-a açıqlamasında araşdırmaçı-jurnalist Elçin Alıoğlu deyib.

Elçin Alıoğlu bildirib ki, bu, rəsmən elan edilən ərazilər üzrə təxmini qənaətidir: “Onu da deyim ki, Ermənistanın işğalından azad edilən ərazilər olduqca təhlükəli məkanlardır. Orada çoxsaylı piyada və tank əleyhinə minalar, müxtəlif pusqular və tələlər var. Ona görə də uzun müddət orada ANAMA əməkdaşlarının və mina axtaranların, istehkamçıların işi davam edəcək. Yalnız bundan sonra həmin ərazi hərbi terminologiya baxımından azad olunmuş sayılır”.

E.Alıoğlu Şanlı Ordumuzun hazırda torpaqlarımızın işğaldan azad edilməsi əməliyyatını davam etdirdiyini vurğulayıb.