Necə hərəkət edəcəyimizi bilməliyik – İsraildən AÇIQLAMAbackend

Necə hərəkət edəcəyimizi bilməliyik – İsraildən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lazım olan yerdə necə hərəkət edəcəyimizi bilməliyik”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri İsrail ordusunun sözçüsü Daniel Haqari deyib:

“İran ərazisindən hücum İranın Yaxın Şərqi gərginləşdirmək və hansısa qüvvələrin arxasında gizlənməyəcəyinin bariz sübutu olardı. Son bir neçə ayda biz hücum imkanlarımızı təkmilləşdirdik və lazım olan yerdə necə hərəkət edəcəyimizi bilməliyik. Bu səhər ABŞ Mərkəzi Komandanlığı general Maykl Kurilla və İsrail Baş Qərargah rəisi birlikdə regionda təhlükəsizlik problemlərinin strateji qiymətləndirilməsini həyata keçirdi.

ABŞ ordusu ilə strateji əlaqələrimiz güclü və sıxdır. Bu, müharibə başlayandan bəri ifadə edildiyi kimi, əməllərlə ölçülür. Bu gecə Qəzza zolağının mərkəzində Netzarim dəhlizi ərazisində məqsədyönlü əməliyyata başladıq. Əməliyyatın məqsədi təbii ki, HƏMAS-ın bölgədə özünü bərpa etmək qabiliyyətini məhv etməkdir”.

O bildirib ki, əgər İran bu ay Suriyadakı konsulluğuna zərbəyə görə cavab verməyi düşünürsə, onda lazımi tədbirlər görüləcək.