Nəcməddin Sadıkov mühakimə edilməlidirbackend

Nəcməddin Sadıkov mühakimə edilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Belə bir ifadə var ki, gedənin dalınca danışmazlar. Amma bizdə gedənin daha çox tumarlanması prosesi baş verir”.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.

O xatırladıb ki, bu günlərdə Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov müsahibə verib: “O, Azərbaycan Ordusunda kifayət qədər başqa ölkələrin, xüsusilə Rusiya xüsusi xidmət orqanlarının agenturasının mövcud olduğunu bildirib.

Hətta birbaşa keçmiş Baş qərargah rəisi Nəcməddin Sadıkovu suçladı. Əməliyyat planlarının satılması, müxtəlif əməliyyat proseslərinin pozulması istiqamətində açıqlama verdi. Hüquq-mühafizə orqanları açıq-aşkar Nəcməddin Sadıkovu mühakimə etməlidirlər. Onun mühakiməsi ona görə vacibdir ki, günahsız ölən əsgər və zabitlərimizin ölümündən sonra haqqını qaytara bilək. Bu proseslərə məsuliyyətli yanaşmalıyıq”.

Fazil Mustafa qeyd edib ki, bu proseslərə daha məsuliyyətli yanaşılmalıdır: “Ordumuzun təmizlənməsi istiqamətində işlərə baxmalıyıq”.