Kaliforniyada “Chevron” neft emalı zavodunda partlayış və böyük yanğın baş verib.
NOCOMMENT.az – un məlumatına görə, bu barədə ABŞ KİV-i məlumat yayıb.
Bu saata olan məlumata görə yanğın lokallaşdırılıb.
Bunu Los-Anceles dairəsinin müfəttişi Holli Mitçelə istinadən CBS telekanalı bildirib.
“Yanğın lokallaşdırılıb. Sakinlərin təxliyəsinə ehtiyac yoxdur”, – o qeyd edib.
Hadisənin səbəbləri barədə məlumat yoxdur