Neftçala sakini: “Belə getsə, insan qalmayacaq”backend

Neftçala sakini: “Belə getsə, insan qalmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçalanın Birinci Mayak, Yenikənd, Sübh və Qırmızı Şəfəq kəndlərinin sakinləri uzun illərdir ki, mavi yanacağa həsrət qalıblar.

Təxminən 2500 nəfərin yaşadığı bu kəndlərdə vətəndaşlar çətin həyat şəraitindən şikayətlənirlər.

NOCOMMENT.az xəbər verir ki, Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşlar aidiyyəti qurumlardan kömək gözlədiklərini bildirirlər.

“15 ildir vəd verirlər ki, qaz olacaq, amma biz hələ də gözləyirik. Yulğunu qırmağa qoymurlar, məcburiyyətdən təzək yandırırıq”, – deyə sakinlərdən biri söyləyib.

“Soyuqdan yoldaşım həyatını itirdi. Bütün pulum xəstəxanaya, dərmana getdi”, – deyə başqa bir sakin qeyd edib.