Neftçalada 32 yaşlı kişi qətlə yetirildibackend

Neftçalada 32 yaşlı kişi qətlə yetirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçala rayonunda qətl hadisəsi baş verib.

NOCOMMENT.az-ın “Report”a istinadla məlumatına görə, hadisə bu gün səhər saatlarında Bankə qəsəbəsində qeydə alınıb.

Belə ki, həmin qəsəbənin sakini, Bankə qəsəbəsində 1982-ci il təvəllüdlü Baloğlanov Famil Ağabala oğlu qısqanclıq zəminində eyni qəsəbədən olan, 1989-cu il təvəllüdlü Musayev Mirağa Mirkərim oğlunu bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.