Neftçalada yollar və mənzil fondu təmir ediləcək – 898 min manatabackend

Neftçalada yollar və mənzil fondu təmir ediləcək – 898 min manata

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçalada yolların və mənzil fondunun təmiri üçün tender elan edilib.

Neftçala Rayon İcra Hakimiyyəti rayon ərazisində daxili yolların və mənzil fondunun əsaslı təmiri ilə bağlı satınalma elan edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tender daxili yolların əsaslı təmiri işlərini, büdcədənkənar vəsait hesabına həyata keçiriləcək təmir işlərini və mənzil fondunun yenilənməsini əhatə edir.

Layihə üzrə ehtimal olunan məbləğ 898.899,22 manat təşkil edir.

Qeyd edək ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovdur.