“Neftçi”nin avtobusu qəza keçiribbackend

“Neftçi”nin avtobusu qəza keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi” PFK-nın əsas komandasını daşıyan avtobus bu gün Qəbələyə yola düşərkən yüngül qəza keçirib.

Bu barədə NOCOMMENT.az -a klubun mətbuat xidməti məlumat verib.

Bildirilib ki, hadisə Bayıl qəsəbəsində qara rəngli “Hyundai” markalı avtomobilin ehtiyatsızlığı səbəbindən baş verib.

Xoşbəxtlikdən hər iki tərəfdə xəsarət alan olmayıb.

Qeyd edək ki, “Neftçi” Premyer Liqanın 12-ci turu çərçivəsində noyabrın 5-i, saat 16:00-da Qəbələdə şəhərin eyni adlı kollektivi ilə üz-üzə gələcək.