“Neftçi” yeni qapıçısını təqdim etdibackend

“Neftçi” yeni qapıçısını təqdim etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi” futbolçusu Xorxe Korrea ilə yollarını ayırıb.

“Neftçi PFK”dan NOCOMMENT.az verilən məlumata görə, 29 yaşlı argentinalı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, Latın Amerika təmsilçisi mövsümün əvvəlində “Neftçi”yə keçib. “Ağ-qaralar” daha əvvəl San-Tome və Prinsipidən olan Harramiz Soareslə vidalaşıb.

Paytaxt klubu həm də yeni transferi İvan Brkiçı təqdim edib. 27 yaşlı qapıçının təqdimatı komandanın rəsmi televiziyasında gerçəkləşib.

Xorvatiyalı qolkiperlə rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, “Neftçi” Brkiçə qədər Azər Salahlı, Eddi İsrafilov və Gilyerme Patonu heyətinə qatıb.