Neftin qiyməti bahalaşdıbackend

Neftin qiyməti bahalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 76,10 dollara satılır.

NOCOMMENT xəbər verir ki, dünən 78,50 dollara kimi bahalaşan Brent markalı neftin barel qiyməti günü 76,26 dollarla tamamlayıb. Bu gün saat 09:07-ə olan bağlanış tarixi ilə müqayisədə Brent markalı neftin bir barelinin qiyməti 0,2 faiz azalaraq 76,10 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas tipli xam neftin bir barreli 71,82 dollardan alıcı tapdı.

Rusiya və Səudiyyə Ərəbistanından gələn ziddiyyətli mesajlar və növbəti OPEC+ toplantısı öncəsi dolların möhkəmlənməsi qiymətlərin məhdud enişində təsirli olub.

Beynəlxalq medianın məlumatına görə, Rusiya baş nazirinin müavini Aleksandr Novak cümə axşamı bildirib ki, OPEC+ qrupunun növbəti iclasında neft hasilatının azaldılması ilə bağlı qərar verəcəyi ehtimalı azdır.