Neftin qiyməti bahalaşdıbackend

Neftin qiyməti bahalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Brent markalı neftin bir barelinin qiyməti 73,08 dollar təşkil edir

NOCOMMENT xəbər verir ki, Beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 73,08 dollara satılır.
Dünən 73,94 dollara kimi bahalaşan Brent markalı neftin barrel qiyməti günü 72,60 dollarla tamamlayıb. Bu gün saat 09:27-yə olan məlumata görə, Brent markalı neftin bir barelinin qiyməti bağlanışla müqayisədə 0,66 faiz artaraq 73,08 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin bir barreli 68,48 dollardan alıcı tapdı.

ABŞ-da faiz artımlarında fasilə gözləntiləri və borc limiti qanun layihəsinin təsdiqlənməsi ilə yanacağa tələb artımı ilə bağlı nikbinlik qiymət artımında təsirli olub.

Borc limitinin 2025-ci ilə qədər dayandırılmasını və federal xərclərin 2 il müddətinə məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi dünən ABŞ Nümayəndələr Palatasında təsdiqlənib, qanun layihəsi isə bazar ertəsi gününə qədər Senatdan keçməlidir. Bildirilir ki, qanun layihəsi bu gün demokratların nəzarətində olan Senatdan keçə bilər.