Neftin qiyməti yenidən bahalaşdıbackend

Neftin qiyməti yenidən bahalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq bazarlarda Brent markalı neftin bir bareli 75,75 dollara satılır.

NOCOMMENT xəbər verir ki, dünən 76,75 dollara kimi bahalaşan Brent markalı neftin barrel qiyməti günü 76,29 dollarla tamamlayıb. Bu gün saat 09:15-ə olan məlumata görə, Brent markalı neftin bir barelinin qiyməti bağlanış tarixi ilə müqayisədə 0,7 faiz azalaraq 75,75 dollar olub. Eyni dəqiqələrdə Qərbi Texas tipli xam neftin bir bareli 71,26 dollardan alıcı tapdı.

Dünyanın ən böyük neft istehlakçıları olan ABŞ və Çindən gələn qarışıq iqtisadi məlumatlar qlobal iqtisadi tənəzzüllə bağlı narahatlıqları artırıb.