Nepaldakı bütün aeroportlar 11 sentyabra qədər fəaliyyətini dayandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya səfirliyinin Telegram kanalı məlumat yayıb.
“Hava limanları ən azı 11 sentyabr saat 00:00-dək bağlı olacaq. Bağlanma müddətinin daha da uzadılması mümkündür”, – bəyanatda qeyd olunub.
Bunun fonunda diplomatik nümayəndəlik rusiyalılara Nepalda hərəkətlərini planlaşdırarkən bu məlumatı nəzərə almağı və səfərlərin sayını minimuma endirməyi tövsiyə edib.