Nepalda həftəsonu yağan güclü yağışlar nəticəsində yaranan daşqın və sürüşmə nəticəsində ölənlərin sayı 193 nəfərə çatıb.
NOCOMMENT.az bu barədə “Associated Press”ə istinadən xəbər verir.
Məlumata görə, daha 96 nəfər yaralanıb, 31 nəfər isə itkin düşüb.
Bildirilib ki, ən çox insan itkisi güclü yağışların yağdığı Nepalın paytaxtı Katmanduda qeydə alınıb.
Məlumatda o da qeyd olunub ki, bazar və bazar ertəsi hava şəraitinin yaxşılaşması xilasetmə və bərpa işlərini intensivləşdirməyə imkan verib.