Nepalda təyyarə qəzaya uğrayıb, 18 nəfər ölüb – YENİLƏNİB – QƏZA ANIbackend

Nepalda təyyarə qəzaya uğrayıb, 18 nəfər ölüb – YENİLƏNİB – QƏZA ANI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nepalın paytaxtı Katmanduda “Saurya Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 18 nəfər ölüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, qəza yerli vaxtla saat 11:00 radələrində baş verib. Sərnişin təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.

Təyyarədə 19 sərnişin olub, onlardan 18 nəfər ölüb. Qəzanın səbəbi barədə məlumat verilmir.

***

12:50

Nepalda göyərtəsində 19 nəfər olan təyyarə qəzaya uğrayıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, hadisə nəticəsində hava gəmisinin komandiri yaralanıb.

Axtarış nəticəsində indiyədək yalnız 5 nəfərin meyiti tapılıb.

Hökumətdən xilasetmə işlərinin davam etdirildiyi bildirilsə də, qəzanın səbəbləri ilə bağlı açıqlama verilməyib.