Nəqliyyat Departamentinin Şəki rayonunda fəaliyyat göstərən əməkdaşları rayon ərazisində hərəkətdə olan nəqliyyat vasitələrinin sürücülərindən müxtəlif bəhanələrlə pul toplayır.
Şəki rayon 1-ci Tala kənd sakini Canqayev Zəkəriyyə Şamil oğlu tərəfindən çəkilən göüntülərdə departamentin xidmətdə olan Rəfael və Hüseyn adlı iki əməkdaşının sürücü Zəkəriyyə Canqayevi saxlayaraq ondan qeyri-qanuni olaraq pul almaları açıq aydın görünür.
Sürücünün 7Times.az-a verdiyi məlumata görə həmin şəxslər ondan müxtəlif vaxtlarda dəfələrlə pul alıblar.
NOCOMMENT.az həmin görüntüləri təqdim edir