Nərimanovda gənc qadın özünü hündürmərtəbəli binadan atdı – FOTO/VİDEObackend

Nərimanovda gənc qadın özünü hündürmərtəbəli binadan atdı – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nərimanov rayonu ərazisində intihar hadisəsi baş verib.

NOCOMMENT xəbər verir ki, modern.az-a daxil olan məlumata görə, hadisə bu gün 15 radələrində baş verib. Hələlik kimliyi dəqiqləşməyən qadın özünü hündürmərtəbəli binadan atıb. Hadisə Əliyar Əliyev küçəsində, “Azenko” binalarının birində yaşanıb.

On beşinci mərtəbədən özünü atan qadının hansı səbəbdən intihar etməsi barədə məlumat yoxdur. Avtomobilin üzərinə düşən qadının elə hadisə yerindəcə keçindiyi bildirilir.