Nərimanovda işıqlar yanmır: Azəriqaz xətti zədələdi, Azərişıq ilə MTK arasında pul davasıbackend

Nərimanovda işıqlar yanmır: Azəriqaz xətti zədələdi, Azərişıq ilə MTK arasında pul davası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq 2 gündür ki, Nərimanov rayonunda “Rahatlığın Məkanı Gold” Yaşayış kompleksində işıqlar yanmır.

“Azərişıq”-dan NOCOMMENT.az-a bildirilib ki, Azəriqaz ərazidə qazıntı işləri aparıb və bu zaman Azərişığın kabel xətlərini zədələyib.

Aparılan qazıntı və yaranan problem zamanı da Azərişıqla MTK arasında yaranan mübahisə ortaya çıxır. Azərişıq-dan səlahiyyətli şəxs bildirir ki, bu xərcləri kabeli zədələdiyi üçün Azəriqaz ödəməlidir.

Azəriqaz ödənişi etmək istəmir, MTK isə onlarda heç bir günahın olmadığını, qazıntının Azəriqaz tərəfindən aparıldığını bildirir.

Azərişıq bildirir ki, Azəriqaz və ya MTK materialı qarşılasalar, fəhlə məsələsini həll edəcək.

Problem ortada, səbəbkar və işığı kəsən dövlət qurumu bəlli, əziyyəti isə əhali çəkir.

Məsələ bir daha onu sübut edir ki, aidiyyatı üzrə Dövlət qurumları bu kimi məsələləri koordinasiya etmədən həyata keçirir. Həyata keçirən dövlət qurumlarının isə mütəxəssis səviyyəsi göz qabağındadır.
Xətt niyə zədələnməlidir? Zədələnibsə niyə məsələnin həlli 2 gündür uzanır?

Qarşı tərəflərlə mövqeləri işıqlandırmağa hazırıq.