Nərimanovdakı qətli törədən şəxsi tərk-silah edən kimdir?backend

Nərimanovdakı qətli törədən şəxsi tərk-silah edən kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün paytaxtın Nərimanov rayonunda törədilmiş qətldən sonra cinayətdə şübhəli bilinən 19 yaşlı İsmayıl Allahverdiyevin tutulma görüntüləri yayılıb.

NOCOMMENT.az “qafqazinfo”ya istinadla xəbər verir ki, kadrlarda 2 mülki geyimli şəxsin İ.Allahverdiyevi saxlaması, yanlarındakı xanımın isə polis çağırılması ilə bağlı xahiş etdiyi görünür.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, şübhəli şəxsi tərksilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.

Qeyd edək ki, hadisə vaxtı “Metropark” ticarət mərkəzinin qarşısında 24 yaşlı Tural Kosayev güllələnərək qətlə yetirilib.