Nərminin meyitinin yandırılması ilə bağlı keçirilən ekspertiza rəyləri açıqlandıbackend

Nərminin meyitinin yandırılması ilə bağlı keçirilən ekspertiza rəyləri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

NOCOMMENT bizim.media-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə cinayət işində olan sənədlərin tədqiqi davam etdirilib.

Cinayət işi üzrə zərərçəkmiş şəxsin meyitinin müayinə edilməsi, meyitlə bağlı keçirilən ekspertiza rəyləri açıqlanıb. Ekspertiza rəyində meyitin başında ən azı 5 zərbə izi qeyd olunub, ölüm səbəbi də zərbələr nəticəsində beyinə qan sızması olub.

Amma ilkin istintaq zamanı İlkin Süleymanovdan alınan etirafedici ifadələr zamanı bildirib ki, Nərmini bir zərbə ilə öldürüb.

Rəydə göstərilib ki, qətl yanvarın 7-də meyitin ekspertiza keçiriləndən ən azı 2-3 sutka əvvəl baş verib. Həmçinin rəydə qeyd olunub ki, meyitdə çürümə gedib.

Vəkillər isə ekspertizanın düzgün aparılmamasını iddia ediblər. İlkin Süleymanovun vəkilləri qeyd ediblər ki, İlkin Süleymanovun ifadəsindəki ölüm tarixi və zərbələrin sayı ilə rəydə göstərilənlər arasında ziddiyyətlər var:

“İlkin Süleymanovun ilkin ifadəsində verdiyi ifadəsi ilə ekspertiza rəyində göstərilənlər bir-birini təkzib edir. Bundan başqa, İlkin ifadəsində qətli yanvarın 6-da törətdiyini deyib. Amma ekspertiza rəyində isə qətlin yanvarın 6-da törədilmədiyi nəticəsinə gəlinib. Bunların məhkəmə tərəfindən nəzərə alanacağına inanırıq”.

Növbəti proses sentyabrın 28-də davam edəcək.