backend

Nərminin qətli-faciəsi barədə – Kriminalist ŞƏRHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərminin 45 gün istirablı həyatı.

Bu dəfə Nərminin oğurlanmasından meyitinin aşkar edilməsi, yəni, 21 noyabr 2019 tarixdən 06 yanvar 2020 tarixədək olan dövrdə 46 gün müddətində keçirtdiyi əzablı həyatı təhlil edək. Yenə təsəvvür edərək ki, qatil hələ, tapılmayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Hüquqşünas-kriminalist İlqar Altay yazıb.

11 yaşlı Nərmin, ya aldadılaraq, öz xoşu ilə, ya da zor tətbiq edilməklə oğurlanıb qapalı yerdə saxlanılıb. Bunu onun qəflətən yoxa çıxması və 46 günü hər kəsdən gizlin saxlanması göstərir.
Nərmin uzun müddət, yəni halsızlaşıb, huşsuz komatoz vəziyyətinə düşənədək ağzı (yəqin ki dəsmalla) bağlı (qışqıraraq, səs salmasın deyə) halda nəfəs hava, oksigen çatışmazlığı halında və həm də ki, uzun müddət hərəkətsiz, yatağa bağlı vəziyyətdə saxlanılıb. Bunu meyitin təşrih müayinəsi zamanı ağ ciyərlərində aşkar edilən atelektaz (ağ ciyər alveolarının quruyb sıradan çıxması), həm, pnevmaniya əlamətləri göstərir.

Nərmin uzun müddət soyuq şəraitdə və əvvəl az qidalı, sonradansa tam qidasız saxlanmışdır. Bunu meyitin müayinəsi zamanı, ağ ciyərlərdə ocaqlı pnevmaniya, ürək əzələlərinin iltihabı və qara ciyər və miokardda çox zəif lipofussionoz və nutritivsizliyin əlamətlərinin olması və mədə bağırsaqlar, sidik kisəsinin boş olması göstərir.

Nərminin daxili üzvləri, daxili müayinə zamanı uşaq yaşına uyğun tam yetişməmiş kiçik, həm də anatomik parametrlər üzrə düzgün yerləşir, zədəsizdir və hamısı yerində olmaqla. Bunlarsa onu tam, göstərir ki, “Orqan mafiyası”nın uşağı oğurlayaraq, onun orqanlarını kəsib götürməsi yanlış şaiyədir. Ümumiyyətlə, orqan götürülmə və köçürülmə xüsusi bir əməliyyatdır öz klinika və çıxarılmış orqanı saxlama şəraitini tələb edir, kənd deyil, ən azı Gəncə kimi şəhər mühitində. Bunu edən imkanlı mafiya gətirib uşağı geriyə kəndə niyə atıb yandırsın? Həm də, uşaqlarda daxili orqanlar təzə fəaliyyətə başlayır, sıradan çıxması və yəni ki, uşaq orqanına ehtiyac nadir halda olur və köçürülən orqan yaşa uyğun düz gəlməlidir, böyüklərdən fərli. Absurd versiyadır.

Nərminin meyitinin müayinəsi, daxili cinsiyyət üzvlərinin kiçik yaşa uyğun olaraq, tam inkişaf etməməsini, uşaqlığın boş olmasını, məhkəmə -bioloji laborator müayinədə, cinsi əlaqə kimi əlamətlərin olmamasını müəyyən edib. Bu isə, Nərminin “hamilə olması” versiyasını inkar edir.

Nərminin başında: təpə, ənsə, gicgah və alına keçən nahiyyələrdə, başın dərisində kənarları qeyri-düz və əzik olan, 4-5 ədəd yaralar olub. Bu yaralar kənarı til ola bilən massiv küt alətlə törədilib, daş, ya ağac tərkibli alət, ya baltanın küpü, “kuvalda” və s. Zərbələr kəllə sümükləri və baş beyin toxumalarını, orada həyati vacib mərkəzi sistemi mərkəzlərini zədələyib, beyin mədə illərinə qan sızma törədərək, bu uşağın ölümünü qaçılmaz edib. İddia edilən kəsici və seçici yaralar olmaylb, olsa yaraların kənarları düz xətti olmalı idi. Və həm də, deçici yaralar “otvyorka”, qayçı ilə, kəsici-deçici yara bıçaqla yetirilir, bu alətlərlə isə, belə kəllə sümüklərini keçib daxili massiv əzintilər, zədələr törədilmir.

Nərminin meyitindəki yanıqlar əsasən, aşağı ətrafı və gövdənin aşağı hissəsini əhatə edib. Bu da onu göstərir ki, qatil tezalışan yanacağı əsasən cəsədin aşağı hissəsinə töküb, oradan da alışdırıb və yanma aşağıdan-yuxarı doğru gedib. Və meyitin nəfəs yollarında bronxlarda his, yanıq hissəcikləri tapılmayıb, müayinədə. Bu da onu göstərir ki, yanma zamanı Nərmin nəfəs almayıb, hisi içəri çəkməyib. Yəni, artıq ölmüş imiş. Və ekspertlərin ümumi müayinəsi göstərir ki, Nərmin meyit aşkar olunan, yağın ilə tapılandan 1, ya 2 gün əvvəl qətlə yetirilib.

Oğurlanaraq, 45 gün əzablı şəraitdə saxlanılıb öldürülüb yandırılan meyit Nərmin Quliyevaya məxsusdur. Bunu təyin edilmiş məhkəmə tibbi genetik ekspertizanın 28 fevral 2020.ci il tarixli rəyindən müəyyən etmək olur. Testə uğradılan meyit (NN) ilə İsmayılova Aynurə Rahib qızı və (MN) həm, Quliyev Şərif Qəşəm oğlunun (NF) arasında, bütün STR lokuslarda uyğunluq yəni arada qohumluq, övlad-valideyn əlaqələri var.

Əldə etdiyim, məhkəmədə açıqlanmış istintaq materiallarından bu, bəzilərinə əsasən, hələlik hansı nəticələrə gəlmək olar? Nərmin Quliyeva:
– Aldadılaraq oğurlanıb, uzaq olmayan yerdə qapalı mühitdə uşağa zor tətbiqi ilə saxlanılıb.
– Uzun müddət ağzı bağlı, nəfəs çatışmayan, hərəkətsiz olaraq yatağa bağlı halda saxlanılıb.
– Uzun müddət soyuq şəraitdə, qismən üstü örtülərək az qidalı, sonradan qidasız saxlanılıb, yəni son 15 gün artıq qida qəbul edə bilməyib.
– Daxili orqanları azyaşlıya uyğun ölçülü, tam yerində və düzgün yerləşib, solğun, zədəsizdir. Orqan çıxarıllb satılma iddiası əsassıs görünür.
– Daxili cinsiyyət üzvləri az yaşlı ya uyğundur, uşaqlıq boşdur, hamiləlik keçirmə əlamətsizdir.
– Başında bir-neçə küt alət (daş, ağac, balta küpü və ya dəsmala bükülmüş dəmirin) yarası var, hansı ki, kəllə sümüklərini sındırıb, beyinin toxumalarını əzib, beyindaxili güclü qansızma verərək ölüm yaradıb. Kəsici-deçici yarası yox. Ölüm, meyit tapılandan 2 gün əvvəl baş verib.
– Yanması ölümdən sonra, nəfəssiz baş verib, bədənin aşağı hissəsindən başlayıb, yandırılıb.
– Meyitin mənsub olduğu şəxs-uşaq Quliyev Şərif və İsmayılova Aynurənin övladıdır. Bunu, məhkəmə tibbi-genetik ekspertiza təsdiq edib.

Bu cinayətin ən dəhşətli, amansız tərəfi, körpə qız uşağının soyuq, nəfəssiz, qidasız, natəmiz, psixoloji qorxu-stress şəraitində həyatının son çöküş halına, ölüm ayağınadək saxlanılmaqla ona əzab verilməsidir, nəinki qətli, yandırılması. Ondansa, qatil onu ilk günlərindəcə öldürəydi.

Qeyd edim ki, ixtisasca həm də ekspert olaraq, vaxtilə ekspertiza rəylərini yoxlama imkan olan şəxs kimi, bu ekspertiza rəylərinin obyektiv və qanun ilə verildiyi qənaətindəyəm. Ən azı ona görə ki, ekspertiza rəylərində elə məqamlar var ki, istintaqın mövqeyini təmin etmir və ittiham tərəfinə sərf etməyə bilir, yəni ki, uyğun gəlmir.
Bir daha qeyd edirəm ki, mən əldə olunan fakt sənədlərə (məhkəmədə açıqlanan) əsasən, öz ixtisaslı qənaətimi bildirirəm. Və kənardan kimi isə günahlandırıb ittiham etməyim absurd olar. İstintaqın içində olsaydım bunu açıq deyərdim.